Xəzər Boru Kəməri Konsorsiumu (CPC) Novorossiysk dəniz terminalı vasitəsilə neftin qəbulu və yüklənməsi əməliyyatlarını bərpa edib.
"Report"un yerli bürosunun Qazaxıstanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, hazırda SEAMAJESTY və MILOS tanker gəmilərinin yüklənməsi həyata keçirilir.
Bildirilir ki, hər iki tanker "Tengizşevroyl" şirkətinə məxsus nefti qəbul edir. Əməliyyatların bərpası neft hasil edən şirkətlərə xammalın boru kəməri sisteminə ötürülməsini və Novorossiysk dəniz terminalı vasitəsilə ixracın davam etdirilməsini təmin edir.
Qeyd olunub ki, bütün yükləmə və ixrac əməliyyatları mövcud vəziyyət və təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir.
https://report.az/energetika/cpc-qazaxistan-neftinin-novorossiysk-vasitesile-ixracini-berpa-edib