Bu ilin ilk yarısında "SOCAR Polymer" MMC-nin ixracının dəyəri 128,3 milyon ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) **"İxrac İcmalı"**nın iyul sayında məlumat verilib.
Bildirilib ki, SOCAR-ın 57 %-lik törəmə müəssisəsi olan "SOCAR Polymer" MMC hesabat dövründə 128,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 700 min ABŞ dolları və ya 0,5 % azdır.
Məlumata əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı illik müqayisədə 16,9 % artaraq 1,8 milyard ABŞ dollarına çatıb.
https://report.az/energetika/socar-polymer-6-ayda-umumi-deyeri-128-milyon-dollardan-cox-olan-mehsul-ixrac-edib