XƏBƏRLƏR

Qazaxıstan CPC‑dəki qeyri‑sabitlik səbəbindən alternativ neft ixrac marşrutlarını nəzərdən keçirir

AVQUST 10, 2026

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətindəki qeyri‑müəyyənliklər səbəbindən Bakı‑Tbilisi‑Ceyhan (BTC) boru kəməri, Bakı‑Supsa marşrutu və Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən tranzit daxil olmaqla alternativ neft ixrac variantlarını nəzərdən keçirir. Bu barədə "Report" Qazaxıstanın Energetika Nazirliyinin "İnterfaks‑Qazaxıstan"a açıqlamasına istinadən xəbər verir.

Alternativ marşrutlar əlavə ixrac imkanlarını təmin etmək məqsədilə araşdırılır. Qazaxıstanın milli neft‑qaz şirkəti "KazMunayQaz" (KMG) BTC boru kəməri ilə neft ixracını 2026‑cı ildə 2025‑ci illə müqayisədə 31% artıraraq 1,7 milyon tona çatdırmağı planlaşdırır.

2026‑cı ilin yanvar‑iyun aylarında Aktau limanından BTC istiqamətində yenidən yüklənmiş Qazaxıstan neftinin həcmi 704 min ton olub.

BTC boru kəmərinin uzunluğu 1768 kilometr olub, illik ötürmə qabiliyyəti 50 milyon tondan çox neft təşkil edir.

Layihənin səhmdarlarına SOCAR (32,97%), BP plc (30,1%), MOL (8,9%), TPAO (6,53%), Eni və TotalEnergies (hər biri 5%), Itochu (3,4%), ONGC Videsh (3,1%), həmçinin ExxonMobil və INPEX (hər biri 2,5%) daxildir.

https://report.az/energetika/qazaxistan-btc-ve-baki-supsani-elave-neft-ixraci-marsrutlari-kimi-nezerden-kecirir