Azərbaycan və Çin yaşıl enerji layihələrini müzakirə edib. Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində məlumat verib, "Report" xəbər verir.
"Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Lu Mei ilə görüşdə iki ölkə arasında enerji əməkdaşlığını müzakirə etdik", – deyə Şahbazov bildirib.
Tərəflər Çin şirkətlərinin Azərbaycanın daxili və beynəlxalq təşəbbüslərində, o cümlədən yaşıl enerji sahəsindəki layihələrdə iştirakı ilə bağlı fikir mübadiləsi aparıblar.
https://report.az/energetika/azerbaycan-ve-cin-yasil-enerji-layihelerini-muzakire-edib