ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı proqnozunu dəyişməz saxlayıb. "Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" hesabatının avqust buraxılışında qeyd edilib.
EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm 550 min barel olub.
Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 540 min barel olacağı gözlənilir. İyulda həmin rüblər üçün verilən proqnoz da 540 min barel təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərində neft hasilatı sutkada 570 min barel, üçüncü və dördüncü rüblərdə isə 560 min barel təşkil etmişdi.
EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada orta hesabla 570 min barel olub.
https://report.az/energetika/eia-bu-il-ucun-azerbaycanda-neft-hasilati-proqnozunu-deyismez-saxlayibf