XƏBƏRLƏR

BTC ilə neft ixracı iyun ayında sutkada 547 min barelə yüksəlib

AVQUST 13, 2026

Bakı‑Tbilisi‑Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı 2026‑cı ilin iyun ayında orta hesabla 547 min barel təşkil edib, "Report" məlumatlı mənbələrə istinadən xəbər verir.

BTC ilə neft nəqli may ayı ilə müqayisədə 10% və ya gündə 48 min barel artıb.

Buna baxmayaraq, iyun ayında boru kəməri ilə neft nəqli ötən ilin eyni ayı ilə müqayisədə 5% və ya gündə 31 min barel azalıb.

BTC boru kəmərinin rəsmi açılışı 2006‑cı il iyulun 13‑də olub. Kəmərin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçir.

https://report.az/energetika/opec-iyunda-btc-ile-neft-ixraci-10-artib