Azərbaycanın kommersiya təbii qaz ehtiyatları 2026-cı ilin yanvar‑iyun aylarında ilin əvvəlinə olan ehtiyatlar da daxil olmaqla 22,26 milyard kubmetr təşkil edib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ölkənin təbii qaz ehtiyatlarının 29,2%-i daxildə istehlak olunub, 60,1%-i ixrac edilib, 2,5%-i itkiyə məruz qalıb, 8,2%-i isə iyulun əvvəlinə ehtiyatda qalıb.
Daxildə istehlak olunan təbii qazın 56,8%-i istehsal tələbatı üçün, 43,2%-i isə məişət abonentlərinə satılıb.
Məişət qaz istehlakında Bakı şəhərinin payı 36,6% olub. Naxçıvan Muxtar Respublikasının payı 3,1%, Abşeron-Xızı 11,8%, Gəncə-Daşkəsən 6,2%, Qazax-Tovuz 5,9%, Lənkəran-Astara 5,8%, Mərkəzi Aran 5,6%, Şəki-Zaqatala 5,5%, Quba-Xaçmaz 5,1%, Qarabağ 4,7% təşkil edib.
Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarının hər birinin məişət istehlakında payı 3,6% olub, Dağlıq Şirvan 2,4%, Şərqi Zəngəzur isə 0,1% təşkil edib.
https://report.az/energetika/azerbaycanda-emteelik-qaz-ehtiyatlarinin-hecmi-aciqlanib