XƏBƏRLƏR

Azərbaycan Rumıniyaya 821 min tondan çox xam neft ixrac edib

AVQUST 20, 2026

Azərbaycan 2026-cı ilin yanvar-iyul aylarında Rumıniyaya 821 311,3 ton xam neft ixrac edib, "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

İxrac olunan xam neftin dəyəri 522,2 milyon ABŞ dolları təşkil edib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə Rumıniyaya xam neft ixracının həcmi 19,7%, dəyəri isə 38,1% artıb.

Hesabat dövründə Rumıniyaya xam neft ixracı Azərbaycanın ümumi neft ixracının 6,45%-ni təşkil edib.

Gömrük bəyannamələrinə əsasən, Azərbaycan yanvar-iyul aylarında bitumlu minerallardan alınan xam neft və neft məhsullarından 12,7 milyon ton həcmində, dəyəri 8,03 milyard dollar olan məhsul ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29,22 milyard dollar dəyərində ticarət əməliyyatları aparıb. Ümumi xarici ticarət dövriyyəsinin 19,34 milyard dolları ixracın, 9,88 milyard dolları isə idxalın payına düşüb.

https://report.az/energetika/ruminiya-azerbaycandan-neft-idxalini-20-e-yaxin-artirib