XƏBƏRLƏR

Azərbaycan 7 ayda Almaniyaya 360,299 ton xam neft ixrac edib

AVQUST 21, 2026

Azərbaycan 2026-cı ilin yanvar-iyul aylarında Almaniyaya 360,299 ton xam neft ixrac edib, "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

İxrac olunan xam neftin dəyəri 210,86 milyon ABŞ dolları təşkil edib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 45,5%, dəyəri isə 40,9% azalıb.

Almaniyaya xam neft ixracı Azərbaycanın ümumi xam neft ixracının 2,8%-ni təşkil edib.

Gömrük bəyannamələrinə əsasən, hesabat dövründə Azərbaycan bitumlu minerallardan alınan xam neft və neft məhsullarından 12,72 milyon ton həcmində, dəyəri 8,03 milyard dollar olan məhsul ixrac edib.

Yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29,22 milyard dollar dəyərində ticarət əməliyyatları aparıb. Ümumi xarici ticarət dövriyyəsinin 19,34 milyard dolları ixracın, 9,88 milyard dolları isə idxalın payına düşüb.

https://report.az/energetika/almaniya-7-ayda-azerbaycandan-360-min-tondan-cox-neft-tedaruk-edib