XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan arasında energetika üzrə əməkdaşlıq sazişi təsdiq edilib

AVQUST 24, 2026

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş"i təsdiq edib. "Report" xəbər verir.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

https://report.az/energetika/azerbaycan-ve-turkmenistan-arasinda-energetika-sahesinde-emekdasliq-sazisi-tesdiq-edilib