Azərbaycanın Quba-Xəzəryanı neft-qaz regionu ərazisində geofiziki məlumatların toplanması bu il oktyabr ayının əvvəlində başa çatacaq, "Report" xəbər verir.
Bu işlərin aparılması üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Kanadanın "Gran Tierra Energy" şirkəti "Metatek Group" şirkətini cəlb ediblər.
Məlumatların toplanması bu müqavilə sahəsində başlamış seysmokəşfiyyat proqramı çərçivəsində həyata keçirilir. "Metatek" məlumatların operativ toplanması üçün Quba-Xəzəryanı neft-qaz regionu ərazisində rəqəmsal tam tenzorlu qravitasiya qradiometriyası (dFTG) sistemini yerləşdirməyi planlaşdırır.
Daha əvvəl, iyul ayında tərəflər regionun geoloji quruluşunun detallaşdırılması üçün 2D-seysmokəşfiyyat işlərinin aparılması niyyətində olduqlarını elan ediblər.
https://report.az/energetika/quba-xezeryani-neft-qaz-regionunda-geofiziki-melumatlarin-toplanmasi-payizda-basa-catacaq