XƏBƏRLƏR

"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib

AVQUST 31, 2026

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57%-lik törəmə müəssisəsi olan SOCAR Polymer MMC 2026-cı ilin yanvar-iyul aylarında 154,4 milyon dollarlıq məhsul ixrac edib. Bu barədə "Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəşr etdiyi "İxrac İcmalı"nın avqust sayına istinadən xəbər verir.

Bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,5 milyon dollar və ya 2,2% azalıb.

Eyni zamanda, Azərbaycanın qeyri-neft-qaz ixracı ilin ilk yeddi ayında illik müqayisədə 18,3% artaraq 2,5 milyard dollara çatıb.

https://report.az/energetika/socar-polymer-7-ayda-ixracdan-154-milyon-dollardan-cox-gelir-elde-edib