XƏBƏRLƏR

Azərbaycan və Bəhreyn enerji sahəsində əməkdaşlığı müzakirə edib

SENTYABR 01, 2026

Azərbaycan və Bəhreyn enerji və ətraf mühit sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıblar. Bu barədə "Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nazir müavini Rövnaq Abdullayev Rusiyanın Kazan şəhərində keçirilən "Tatarıstan Neft, Qaz və Kimya Forumu – 2026" çərçivəsində Bəhreynin Neft və Ətraf Mühit naziri Məhəmməd bin Mübarək Bin Dainah ilə danışıqlar aparıb.

Müzakirələr həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və tərəfdaşlığın genişləndirilməsi məsələlərini əhatə edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Khimgrad Technopolis"un fəaliyyəti ilə tanış olub, onun müəssisələri, istehsal gücləri, tətbiq olunan texnologiyaları və davam edən layihələri barədə məlumat əldə edib.

"Tatarıstan Neft, Qaz və Kimya Forumu – 2026" regional və beynəlxalq işgüzar əməkdaşlığın genişləndirilməsi, müasir texnologiya və avadanlıqların təşviqi, həmçinin biznes icmaları arasında görüşlərin keçirilməsi üçün əhəmiyyətli platforma hesab olunur.

https://report.az/energetika/azerbaycan-behreyn-ile-enerji-sahesinde-emekdasligi-muzakire-edib