V Azərbaycan‑Türkiyə Enerji Forumu sentyabrın 11‑də Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə keçiriləcək, "Report" Energetika Nazirliyinə istinadən xəbər verir.
Forum çərçivəsində iki qardaş ölkənin işçi qruplarının fəaliyyəti, həmçinin karbohidrogenlər və neftkimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədən sənayesi və digər sahələr üzrə müzakirələrin aparılması nəzərdə tutulur.
Bundan əlavə, son illərdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr müzakirə olunacaq.
İki ölkə arasında əvvəlki enerji forumu ötən ilin sentyabrında Türkiyənin İzmir şəhərində keçirilib.
https://report.az/energetika/bakida-azerbaycan-turkiye-5-ci-enerji-forumu-kecirilecek