“AzərEnerji” ASC və TotalEnergies şirkəti əməkdaşlıq məsələlərini müzakirə ediblər, “Report” ASC-yə istinadən xəbər verir.
Danışıqlar “AzərEnerji”nin İdarə Heyətinin sədri Baba Rzayev ilə TotalEnergies Azərbaycanın icraçı direktoru və ölkə rəhbəri Emmanuel De Guillebon arasında keçirilən görüşdə aparılıb.
Görüşdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Xüsusi diqqət yeni Qaz Emalı Zavodunun Azərbaycanın elektrik şəbəkəsinə qoşulmasına, bununla bağlı texniki məsələlərə və enerji təchizatının təşkilinə yetirilib.
Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və enerji layihələrinin səmərəli icrasının təmin edilməsi üçün müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
https://report.az/energetika/azerenerji-totalenergies-ile-emekdasliq-meselelerini-muzakire-edib