XƏBƏRLƏR

Azərbaycan bankı Naxçıvanda GES tikintisinə 8 milyon manata yaxın kredit ayırıb

SENTYABR 18, 2026

"PAŞA Bank" ASC Naxçıvanda 25 MVt gücündə "Şəms 1" Günəş Elektrik Stansiyasının tikintisini maliyyələşdirmək üçün təxminən 8 milyon manat məbləğində kredit verib. Bu barədə "Report" Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyevin I yarımilin yekunlarına həsr olunmuş mətbuat konfransındakı çıxışına istinadən xəbər verir.

Onun sözlərinə görə, bank həmin layihədə yeganə maliyyə tərəfdaşı qismində çıxış edib: "Layihənin ətraf mühitin qorunmasına töhfəsi böyükdür. Fəxr etdiyimiz əsas məqam da budur. Stansiya sayəsində 19 minə yaxın evin elektrik enerjisi ilə təmin olunacağı gözlənilir. Ölkə olaraq 2035-ci ilə qədər ümumi enerji istehsalında bərpa olunan enerjinin payını 30%-ə çatdırmaq öhdəliyimiz var. Bunun üçün addımlar atılmalıdır. Əminəm ki, digər maliyyə qurumları da bu sahədə məsuliyyətlərini dərk edir və addımlar atırlar. Xüsusilə Naxçıvana gəldikdə, burada yaşıl enerji çox önəmlidir. Bölgədə bərpa olunan enerji layihələrinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Dövlət də bu sahədə müəyyən layihələri maliyyələşdirib." 

https://report.az/maliyye-xeberleri/azerbaycan-banki-ges-tikintisine-10-milyon-manata-yaxin-kredit-ayirib