Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir.
Şirkətin əməkdaşları əvvəlcə Fəxri Xiyabana gələrək müasir Azərbaycan dövlətinin banisi və ölkənin yeni enerji strategiyasının müəllifi olan Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiram və hörmətlə anıb, onun abidəsi önünə əklil qoyublar.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib və məzarı üzərinə güllər düzülüb.
Daha sonra SOCAR əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş şəhidlərin məzarları üzərinə güllər qoyub və "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.
https://report.az/energetika/socar-in-kollektivi-fexri-ve-sehidler-xiyabanlarini-ziyaret-edib