Bu ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyə ərazisindən 127,89 milyon barel neft daşınıb. Bu barədə “Report” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin ilk səkkiz ayı ilə müqayisədə 11,56 milyon barel və ya 8,3% azdır.
Yalnız avqust ayında kəmərlə 15,1 milyon barel neft nəql edilib ki, bu da avqust 2025-ci illə müqayisədə 1,582 milyon barel və ya 9,5% azalma deməkdir.
2025-ci ildə BTC boru kəməri ilə Türkiyə ərazisindən 206,4 milyon barel neft nəql olunub.
Hazırda BTC boru kəməri əsasən Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də BTC boru kəməri ilə nəql olunur.
https://report.az/energetika/turkiye-erazisi-ile-8-ayda-128-milyon-barele-yaxin-btc-nefti-neql-olunub