XƏBƏRLƏR

Qazaxıstan 9 ayda BTC vasitəsilə neft tədarükünü 24% artırıb

OKTYABR 12, 2026

Qazaxıstanın “KazTransOil” milli şirkəti 2026-cı ilin yanvar-sentyabr aylarında Aktau dəniz limanından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində 1 milyon 164 min ton neft göndərib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.

Hesabat dövründə “KazTransOil”un imkanlarından istifadə etməklə Aktau limanında tankerlərə 2 milyon 608 min ton neft yüklənib. Bu, illik müqayisədə 7% artım deməkdir.

Şirkət qeyd olunan dövrdə magistral neft kəmərləri sistemi ilə nəql etdiyi neftin həcmini də 4% artıraraq 34 milyon 392 min tona çatdırıb.

Eyni zamanda, “KazTransOil”un neft nəqli və neft məhsullarının aşırılması üzrə konsolidə edilmiş göstəricisi 35 milyon 809 min ton təşkil edib. Bu həcm 2025-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 3% yüksəkdir.

 

https://report.az/energetika/qazaxistan-9-ayda-btc-ile-neft-tedarukunu-24-artirib