XƏBƏRLƏR

Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib

OKTYABR 19, 2026

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev SOCAR-ın prezidenti Rövşən Nəcəf və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli ilə görüşüb.

Görüş zamanı Özbəkistanla hər iki şirkət arasında enerji sektorunda həyata keçirilən əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

Rövşən Nəcəf və Covanni Kristofoli Yanacaq və Enerji İnvestorlarının Şurasının iclasında iştirak etmək məqsədilə Özbəkistana səfər ediblər.

Tərəflər arasında görüşdə Üstyurt yaylasında karbohidrogen yataqlarının işlənməsi üzrə əlavə praktiki addımlar nəzərdən keçirilib. BP-nin bu genişmiqyaslı layihədə iştirakı yüksək qiymətləndirilib.

Həmçinin neft və qaz sektorunda yeni layihələrin reallaşdırılması, uzunmüddətli tədarük mexanizmlərinin formalaşdırılması, eləcə də neft və neft məhsullarının satışı üzrə şəbəkənin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

 

https://report.az/energetika/savkat-mirziyoyev-socar-ve-bp-resmileri-ile-energetika-layihelerini-muzakire-edib