XƏBƏRLƏR

Yaşıl Enerji Dəhlizi çərçivəsində elektrik enerjisinin Avropa bazarlarına çıxarılması imkanları müzakirə olunub

OKTYABR 22, 2026

Bakıda Yaşıl Enerji Dəhlizi çərçivəsində istehsal ediləcək elektrik enerjisinin satışı və Avropa bazarlarına çıxarılması üçün kommersiya imkanları müzakirə edilib.

“Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” forumu çərçivəsində bu mövzuya həsr olunmuş panel sessiyası təşkil olunub.

“Deloitte” şirkətinin idarəedici tərəfdaşı Nuran Kərimovun moderatorluğu ilə keçirilən müzakirələrdə “MVM” şirkətinin müşaviri Atilla Bally, “Transelectrica”nın korporativ maliyyə rəhbəri Florin Stanciu, “Masdar”ın ölkə üzrə meneceri Murad Sadıxov, “ACWA Power”ın idarəedici direktoru Uygar Durgunay və “PowerChina”nın Avrasiya regionu üzrə baş direktor müavini Tan Xiaofeng iştirak ediblər.

Paneldə Xəzər regionunda istehsal olunacaq bərpa olunan elektrik enerjisinin Avropa ölkələrinə ixracı və satışı ilə bağlı biznes imkanları nəzərdən keçirilib.

Müzakirələrin əsas mövzuları uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinin (PPA) tətbiqi, potensial alıcıların müəyyənləşdirilməsi, bazar tələbatı, transsərhəd elektrik enerjisi ticarəti və layihənin kommersiya perspektivləri olub.

Bununla yanaşı, bərpa olunan enerji istehsalçıları, təchizatçılar, treyderlər və korporativ alıcılar arasında mümkün əməkdaşlıq modelləri, həmçinin elektrik enerjisi ixracının uzunmüddətli kommersiya əsaslarının yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

 

https://report.az/energetika/yasil-enerji-dehlizi-uzre-elektrik-enerjisinin-satisi-ve-bazar-imkanlari-nezerden-kecirilib