Qazaxıstanın milli neft-qaz şirkəti “KazMunayQaz” (KMQ) 2026-cı ilin sonuna qədər Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 1,7 milyon ton neft ixrac etməyi planlaşdırır.
KMQ-nin İdarə Heyətinin sədri Asxat Xasenov bildirib ki, şirkət gələn il Qazaxıstan neftinin BTC vasitəsilə nəql həcmini də artırmaq niyyətindədir. Hazırda 2027-ci il üzrə bu istiqamətdə müvafiq danışıqlar aparılır.
2025-ci il ərzində BTC kəməri ilə Qazaxıstandan 1,2 milyon ton neft ixrac edilib.
2026-cı ilin yanvar-sentyabr aylarında isə BTC vasitəsilə 1,16 milyon ton Qazaxıstan nefti nəql olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.
https://report.az/energetika/asxat-xasenov-kmq-2026-ci-ilde-btc-ile-1-7-milyon-ton-neft-ixrac-etmeyi-planlasdirir