2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Portuqaliyaya 395 min 031,62 ton xam neft ixrac edib.
Gömrük məlumatlarına əsasən, ixrac olunan neftin ümumi dəyəri 221 milyon 958,01 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Portuqaliyaya göndərilən xam neftin həcmi 44,7%, dəyəri isə 42,36% azalıb.
Portuqaliyaya həyata keçirilən xam neft tədarükünün Azərbaycanın ümumi neft ixracında payı 2,49% olub.
Ümumilikdə, 2026-cı ilin ilk doqquz ayında Azərbaycan gömrük bəyannamələri əsasında 15 milyon 829 min 589,9 ton xam neft və bitumlu süxurlardan əldə olunan neft məhsulları ixrac edib. Bu ixracın ümumi dəyəri 10 milyard 103 milyon 482,51 min ABŞ dollarına çatıb.
Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 211 milyon ABŞ dolları təşkil edib. Bunun 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb.
https://report.az/energetika/portuqaliya-azerbaycandan-neft-alisini-45-e-yaxin-azaldib