XƏBƏRLƏR

SOCAR-ın neft hasilatı III rübdə 5,1% azalıb

NOYABR 02, 2026

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ilin iyul-sentyabr aylarında müstəqil şəkildə və ya əsas payçı kimi istismar etdiyi yataqlardan 1 milyon 717 min 82 ton neft hasil edib.

Hesabat göstəricilərinə əsasən, bu həcm 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 93 min 50 ton və ya 5,1% azdır.

Ümumilikdə, cari ilin üçüncü rübündə Azərbaycanda 6 milyon 590 min 477 ton xam neft hasil olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 389 min 44 ton və ya 5,6% aşağıdır.

Qeyd edək ki, 2025-ci ilin iyul-sentyabr aylarında SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı kimi istismar etdiyi yataqlarda 1 milyon 810 min 132 ton, ölkə üzrə isə 6 milyon 979 min 521 ton xam neft hasil edilmişdi.

 

https://report.az/energetika/socar-iii-rubde-1-7-milyon-tondan-cox-neft-hasil-edib