Azərbaycan və Ukrayna energetika nazirliklərinin nümayəndələri Mingəçevirdə su anbarı tipli elektrik stansiyasının inşası imkanlarını müzakirə ediblər.
Müzakirələr Ukraynanın Ujqorod şəhərində keçirilən görüş çərçivəsində aparılıb.
Layihənin Ukraynanın təcrübəsi və texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, elektrik stansiyasının layihə gücü 1 000 MVt olacaq. Layihənin ümumi dəyərinin isə 1,5 milyard ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır.
https://report.az/energetika/azerbaycan-ve-ukrayna-mingecevirde-su-anbari-tipli-elektrik-stansiyasinin-tikintisini-muzakire-edibler