XƏBƏRLƏR

Qazaxıstan benzin və neft məhsullarının ixracına qoyulan məhdudiyyəti daha altı ay uzadıb

NOYABR 06, 2026

Qazaxıstan benzin və bir sıra neft məhsullarının ölkədən çıxarılmasına tətbiq olunan qadağanın müddətini daha altı ay uzadıb.

Müvafiq qərar energetika nazirinin 30 oktyabr 2026-cı il tarixli “Qazaxıstan Respublikası ərazisindən neft məhsullarının çıxarılması ilə bağlı bəzi məsələlər haqqında” əmri ilə təsdiqlənib.

Yeni məhdudiyyət 2026-cı il noyabrın 22-dən 2027-ci il mayın 22-dək qüvvədə olacaq və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrə ixracı da əhatə edəcək.

Qərara əsasən, benzinin, dizel yanacağının və bəzi digər neft məhsullarının avtomobil nəqliyyatı ilə Qazaxıstandan çıxarılması qadağan edilir.

Bundan əlavə, yüngül distillatların, aviasiya kerosininin, dizel yanacağının və digər məhsulların Qazaxıstandan Aİİ-nin gömrük ərazisindən kənara çıxarılmasına da məhdudiyyət tətbiq olunur. Bu qadağa nəzərdə tutulan sənədə əsasən noyabrın 16-dan qüvvəyə minəcək.

 

https://report.az/energetika/qazaxistan-benzin-ve-neft-mehsullarinin-olkeden-cixarilmasina-qadagani-2027-ci-ilin-mayina-qeder-uzadib