XƏBƏRLƏR

Azərbaycanda 2027-2030-cu illər üçün neft hasilatı proqnozları açıqlanıb

NOYABR 12, 2026

2027-ci ildə Azərbaycanda 26 milyon 562,1 min ton neft hasil ediləcəyi gözlənilir. Bu göstərici 2026-cı il üçün nəzərdə tutulan proqnozdan 3,6 % aşağıdır.

2028-ci ildə neft hasilatının 26 milyon 069,2 min tona enəcəyi proqnozlaşdırılır ki, bu da 2027-ci ilin gözləntiləri ilə müqayisədə 1,9 % azdır. Sonrakı illərdə hasilatın 2029-cu ildə 26 milyon 633,2 min tona yüksələcəyi, 2030-cu ildə isə 26 milyon 309,1 min ton təşkil edəcəyi bildirilir.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda qaz kondensatı da daxil olmaqla 19 milyon 860,1 min ton xam neft hasil edilib. Bunun 19 milyon 809,8 min tonu əmtəəlik xam neft olub. Həm ümumi neft hasilatı, həm də əmtəəlik neftin həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,9 % azalıb.

Qeyd edək ki, 2026-cı il üçün Azərbaycanda neft hasilatı 27,6 milyon ton səviyyəsində proqnozlaşdırılıb. Bu, 2025-ci il üzrə proqnozdan 3,2 % aşağıdır. 2024-cü ildə isə ölkədə 29,1 milyon ton neft hasil edilib ki, bu da 2023-cü ilin göstəricisindən 3,6 % az olub.

 

https://report.az/energetika/azerbaycanda-neft-hasilatinin-2027-2030-cu-iller-uzre-proqnozlari-mueyyenlesib