XƏBƏRLƏR

Bu il SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını 14 dəfə artırıb

İYUN 03, 2021

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk boru kəməri ilə 413,66 min ton xam neft ixrac edib.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer Mərkəzinin məlumatında deyilir.

Bildirilir ki, SOCAR Azərbaycandan Rusiyanın “Transneft” şirkətinin sistemi üzrə bu ilin 5 ayı ərzində Novorossiysk limanına 413,66 min ton neft nəql edib. Bu, 2020-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 14 dəfə çoxdur.

Məlumata görə, təkcə may ayında bu kəmər ilə 159,89 min ton Azərbaycan nefti nəql edilib.

https://report.az/energetika/bu-il-socar-baki-novorossiysk-kemeri-ile-neft-ixracini-14-defe-artirib/