XƏBƏRLƏR

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 10 ay ərzində 18,9 milyard kubmetr qaz nəql olunub

NOYABR 20, 2026

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri vasitəsilə ümumilikdə 32 milyard 916,9 milyon kubmetr təbii qaz nəql edilib. Bu həcm ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % azdır.

Nəql edilən qazın 57,3 %-i Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə daşınıb. Sözügedən dövrdə bu kəmərlə 18 milyard 869,9 milyon kubmetr qaz ötürülüb ki, bu da illik müqayisədə 1,4 % azalma deməkdir.

Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından hasil olunan qazı Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və ilkin mərhələdə "Şahdəniz" yatağının birinci mərhələsi üzrə hasil olunan qazın nəqlinə başlanılıb.

2018-ci ilin yayından etibarən isə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil edilən qaz genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyəyə, daha sonra TANAP sisteminə ötürülür.

 

https://report.az/energetika/baki-tbilisi-erzurum-kemeri-ile-10-ayda-19-milyard-kubmetre-yaxin-qaz-neql-edilib