XƏBƏRLƏR

Azərbaycanda bərpa olunan enerji mənbələri ilə bağlı sertifikat veriləcək

İYUL 12, 2021

Azərbaycanda bərpa olunan mənbələrdən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat veriləcək. Bu barədə Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda deyilir.

Qanunun 16.1-ci maddəsi "Elektrik enerjisi təchizatçılarının istehlakçılara satılan elektrik enerjisinin mənbəyinin sənədləşdirilməsi, elektrik enerjisi bazarında alqı-satqı zamanı bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi mənbəyinin müəyyənləşdirilməsi və izlənilməsi, istehsalçıların bu Qanun çərçivəsində müəyyən edilmiş dəstək mexanizmlərindən istifadə etməsi məqsədilə istehlakçı və ya istehsalçının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat verilir.".

Az'rbaycan Respublikasının Prezident İlham Əliyevin bununla bağlı imzaladığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə"  fərmana əsasən, Nazirlər Kabineti sertifikatın verilməsi qaydasını və formasını ölkə rəhbəri ilə razılaşdırmaqla təsdiq etməlidir.

https://president.az/articles/52418  
https://president.az/articles/52419