XƏBƏRLƏR

Hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir

AVQUST 03, 2021

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 avqust tarixli 231 nömrəli Qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmişdir.

Belə ki, həmin Qərara edilən dəyişiklikliyə əsasən 2021-ci il  5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının müvafiq bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

1. Almaniya Federativ Respublikası; 
2. Avstriya Respublikası;
3. Belçika Krallığı;
4. Çexiya Respublikası;
5. Danimarka Krallığı;
6. İrlandiya Respublikası;
7. İspaniya Krallığı;
8. İsveç Krallığı;
9. İsveçrə Konfederasiyası;
10. Kanada;
11. Lüksemburq Böyük Hersoqluğu;
12. Malta Respublikası;
13. Niderland Krallığı;
14. Polşa Respublikası;
15. Portuqaliya Respublikası;
16. Serbiya Respublikası;
17. Sinqapur Respublikası;
18. Slovakiya Respublikası;
19. Sloveniya Respublikası;
20. Yunanıstan Respublikası. 

https://nk.gov.az/az/document/5502/