Avropa İttifaqının dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “EU4Environment” regional layihəsinin “Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalat” komponenti çərçivəsində cari ilin 13 avqust tarixində saat 15-17 arası (2 saat) onlayn formatda Milli məlumatlandırma seminarının (yalnız Azərbaycan üçün) keçirilməsi nəzərdə tutulur.
Seminarın məqsədi “EU4Environment” regional layihəsi barədə məlumatlılığın artırılması, layihənin “Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalat” komponenti üzrə fəaliyyət planının təqdimatı və fəaliyyətlərin həyata keçiriləcəyi bölgələrin və sektorların müzakirəsidir. Seminarda Azərbaycan-İngilis dillərinə sinxron tərcümə təmin ediləcəkdir. Seminarda iştirak bütün maraqları tərəflər üçün açıqdır.
Seminar İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ("EU4Environment" Layihəsinin Milli Mərkəzləri kimi) və digər hökumət qurumları, Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişaf Təşkilatı (UNIDO) və digər beynəlxalq təşkilatlar, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, həmçinin şirkətlərin, təşkilatların, birliklərin, QHT-lərin, maliyyə qurumlarının, akademik və tədqiqat institutlarının nümayəndələri də daxil olmaqla 40 -a qədər iştirakçını əhatə edəcək. Seminar yaşıl inkişaf, dairəvi iqtisadiyyat, resurs səmərəliliyi, daha təmiz istehsal, sənaye inkişafı və ətraf mühitin qorunması ilə maraqlanan hər kəs üçün açıqdır.
Görüşdə iştirak etmək üçün bütün maraqlı şəxslər aşağıdakı linkdən əvvəlcədən qeydiyyatdan keçməlidirlər:
https://zoom.us/meeting/register/tJAsd-CorDkuEt10zqDTUprn7fZkJs2s1KoX