XƏBƏRLƏR

"IKEA" “yaşıl” enerji satmağa başlayacaq

AVQUST 19, 2021

Dünyanın ən iri mebel brendi olan İsveçin “IKEA” şirkəti bərpa olununan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin satışına başlayacaq.

İstifadəçilər “STRÖMMA” servisi vasitəsilə ekoloji təmiz enerjini ala və tətbiq vasitəsilə sərfiyyatı izləyə biləcəklər. Bundan başqa “Svea Solar” ("IKEA"ın tərəfdaşıdır) günəş panellərinin sahibləri artıq enerjini sata biləcəklər.

Şirkət “yaşıl” enerjini Skandinaviyanın elektrik birjası “Nord Pool” vasitəsilə alaraq, üzərinə əlavə haqq qoymadan satacaq. Tətbiqdə yaşı beş ildən artıq olmayan günəş və külək fermalarının elektrik enerjisi satılacaq. "IKEA" bununla enerji şirkətlərini bərpa olunan enerji mənbələrini inkişaf etdirməyə stimullaşdırmaq istəyir.

“STRÖMMA” gələn ay işə düşəcək və ilkin mərhələdə yalnız İsveç ərazisindəki istifadəçiləri əhatə edəcək.

https://report.az/energetika/gelen-aydan-ikea-yasil-enerji-satmaga-baslayacaq/