XƏBƏRLƏR

“Yaşıl enerji”, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının icrasına sahibkarlar dəvət edilir

SENTYABR 24, 2021

Bakıda Almaniya - Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Aserbaidschan") “Azərbaycanda əcnəbi sahibkarlıq: işgüzar ab-hava 2021” illik hesabatının təqdimatı keçirilib. İqtisadiyyat Nazirliyi və AZPROMO ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan bu eksklüziv biznes və networking tədbiri 150-yə yaxın yüksək vəzifəli xarici biznes nümayəndələrini və beynəlxalq qurumları bir araya gətirib. Tədbirdə iqtisadiyyat naziri, cənab Mikayıl Cabbarov açılış nitqi ilə çıxış edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniya – Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən hazırlanmış "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib ki, Azərbaycanda bərpaolunan enerji mənbələrinin istifadəsinə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə su elektrik stansiyaların tikintisinə orta investorların cəlb olunmasını təmin edən qanunlar qəbul olunacaq.

Dağ çaylarının yüksək enerji potensialını diqqəti cəlb edən nazir qeyd edib ki, yaşıl iqtisadiyyat, bərpaolunan enerji artıq həqiqətən həyata keçirilən layihələrdir.

“Bununla bağlı günəş və külək elektrik stansiyalarının tikintisinə dair iki layihə xarici sərmayədarlar tərəfindən həyata keçirilir. Həmçinin azad olunmuş ərazilərdə də yaşıl enerji ilə bağlı daha bir layihə də bəyənilib, bir neçə başqası ilə bağlı danışıqlar gedir”, – deyən nazir bu gün işgüzar fəaliyyətin pandemiyanın təsiri altında olduğunu dilə gətirib.

M.Cabbarovun sözlərinə görə, Azərbaycan torpaqlarını azad etdikdən sonra yeni dövrə qədəm qoyub və qeyd edib ki: “Bəyan edilmiş məqsədimiz odur ki, Qarabağda və Şərqi Zəngəzurda həyat keyfiyyətini nəinki ölkənin digər hissəsindəki səviyyəyə çatdıraq, həmçinin, “Yaşıl enerji”, “Ağıllı şəhər” və “Ağıllı kənd” kimi konsepsiyalarla müəyyən mənada yeni standartlar müəyyən edək. Bu səbəbdən, fürsətdən istifadə edərək ayrı-ayrı şəxsləri bu planların icrasında iştiraka dəvət etmək istərdim”.

https://www.aserbaidschan.ahk.de/az/x%C9%99b%C9%99rl%C9%99r-boeluemue/news-details/ahk-foreign-business-reception-t%C9%99dbirind%C9%99-iqtisadiyyat-nazirinin-istiraki-goezl%C9%99nilir