Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda elektrik enerjisinin ixracı 971,9 milyon kVt/st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 142,2 milyon kVt/st artıb. Bu barədə Energetika Nazirliyinin yanvar-avqust ayları üzrə Azərbaycanda elektrik enerjisinə dair operativ məlumatlarında bildirilir.
Məlumata görə, İrana 238,9 milyon kVt/st, Türkiyəyə 164,1 milyon kVt/st, Rusiyaya 63,7 milyon kVt/st, Gürcüstana isə 505,2 milyon kVt/st elektrik enerjisi ixrac edilib.
Bu dövrdə elektrik enerjisinin idxalı 110,6 milyon kVt/st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 milyon kVt/st artıb.
İrandan 22,4 milyon kVt/st, Rusiyadan 63,5 milyon kVt/st, Gürcüstandan isə 24,7 milyon kVt/st elektrik enerjisi idxal edilib.
https://report.az/energetika/bu-il-azerbaycan-ixrac-ve-idxal-etdiyi-elektrik-enerjisinin-hecmini-aciqladi/