Dairəvi iqtisadiyyata keçid yolunda maneələri aradan qaldırmaq üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Türkiyədə və Qərbi Balkanlarda "Dairəvi İqtisadiyyat Regional Təşəbbüsü" adlı yeni bir proqrama başlayır.
İlk ixtisaslaşmış poqram çərçivəsində Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya və Türkiyədə innovativ və resurs baxımından səmərəli texnologiyaları tətbiq etmək və dairəvi iş modellərini mənimsəmək üçün xüsusi ilə kiçik və orta həcmli müəssisələrə (KOBİ) yatırılan investisiyalar dəstəklənəcəkdir.
EBRD 140 milyon ABŞ dolları ayırdığı proqrama, Qlobal Ətraf Mühit Fondu (GEF) 13,76 milyon ABŞ dolları həcmində maliyyə ayıracaq. Proqram, Avstriya Federal Maliyyə Nazirliyi tərəfindən 1 milyon ABŞ dolları məbləğində texniki əməkdaşlıq maliyyələşdirilməsi ilə tamamlanacaq.
Qlobal iqtisadiyyat əsasən xammalın çıxarıldığı, emal edildiyi, satıldığı, istifadə edildiyi və atıldığı modelə əsaslanır. Bunun isə ətraf mühitə təsirləri geniş miqyaslıdır və ətraf mühitə buraxılan təhlükəli kimyəvi maddələr, artan istixana qazı (sera qazı) tullantıları, okeana daxil olan plastiklər, poliqon üçün torpaqdan istifadənin artması və suyun daha çox istifadəsi daxildir.
Türkiyə və Qərbi Balkanlarda əhali artımı, iqtisadi artım və dayanıqsız qaynaqlar səbəbi ilə sürətlənən təzyiqləri tarazlaşdırmaq üçün dairəvi iqtisadiyyata keçid üçün ciddi ehtiyac var.
Yeni proqram kimyəvi maddılırin və tullantıların idarə edilməsini və xammal tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaqla yanaşı yeniliyi təşviq etməyi və iqtisadi böyüməni artırmağı hədəfləyir.
Dairəvi iqtisadiyyat keçidi sürətləndirmək üçün regional, performansa və faiz dərəcəsinə əsaslanan innovativ mexanizm qəbul edir. Bu, məhsulların tam ömrü ərzində xammal idarəçiliyinin təkmilləşdirilməsi; tullantıları poliqonlardan və dəniz mühitindən yayındırmaq; sera qazı emissiyalarını azaltmaq və ya qarşısını almaq; zərərli kimyəvi maddələrin aradan qaldırılması, qarşısının alınması və idarə edilməsinin yaxşılaşdırılması; və istixana emissiyasına nəzarət texnologiyaları və təcrübələrinin tətbiqi ilə əldə ediləcək. İnnovativ qiymət mexanizmi, tətbiq mərhələləri və dairəvi iş strategiyalarına əsaslanaraq faiz dərəcəsinin azaldılmasını əhatə edir.
https://report.az/maliyye-xeberleri/ebrd-dairevi-iqtisadiyyata-kecid-ucun-ilk-proqramini-heyata-kecirecek/