XƏBƏRLƏR

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə 5 dövlət qurumu nəzarət edəcək

OKTYABR 12, 2021

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Sahibkarlığın İnkişafı Fondu"nun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılmış Azərbaycan Biznesinin İnkişafı Fondu publik hüquqi şəxsin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 9 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.

Şuranın 5 üzvünü İqtisadiyyat Nazirliyi, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edəcəklər.

- Mərkəzi Bank;
- Maliyyə Nazirliyi;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- Dövlət Turizm Agentliyi;

Müşahidə Şurasının sədri iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

Fondun fəaliyyətinə cari rəhbərliyi isə 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Onları da iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

https://president.az/articles/53411