XƏBƏRLƏR

Azərbaycan və Macarıstan Enerji Tənzimləyiciləri arasında əlaqələrin inkişafına dəstək verilir

OKTYABR 15, 2021

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şaxbazov “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak və energetika naziri Nikolay Şulqinovla ayrı-ayrılıqda baş tutan görüşlərdə neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və bir sıra digər məsələlər müzakirə olunub. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi vurğulanıb. Bərpa olunan enerji sahəsində mövcud olan siyasət və həyata keçirilən strateji layihələr haqqında danışılıb. Enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə enerji mənbələrinin şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb, hər iki ölkədə bu istiqamətdə real addımların atıldığı qeyd edilib.

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səudla keçirilən görüşdə isə “OPEC plus” razılaşmasının perspektivləri barədə fikir mübadiləsi aparılıb, “OPEC plus” ölkələri arasında konsensusun bazarın balanslaşdırılmasında həlledici rolunun praktiki nəticələri qeyd edilib. P.Şahbazov həmkarını yaxın gələcəkdə keçirilməsi planlaşdırılan 240 MVt gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmək məqsədilə Azərbaycana dəvət edib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə baş tutan görüşdə iki ölkə arasında neft, qaz, “yaşıl enerji” sahələrində əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib, ölkələrin enerji tənzimləyici qurumları arasında mövcud əlaqələrin inkişafına dəstək ifadə olunub.

https://report.az/en/energy/azerbaijan-russia-s-lukoil-mull-projects-in-alternative-energy/

Azerbaijan Energy Regulatory Agency  (AERA) 
Hungarian Energy and Public Utility Regulatory Authority (HEA)