Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2 fevral 2005-ci il tarixli qərarında dəyişiklik edib.
Qərara əsasən, bundan sonra Azərbaycanda bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasını, habelə bərpa olunan enerji mənbələrinin ərazisində hərrac və yaxud birbaşa cəlbetmə yolu ilə seçilmiş elektrik enerjisi istehsalçısı ilə bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini ölkə prezidenti müəyyən edəcək.
“Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilmişdir:
1.1-ci bəndin on üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin: “zəmanətli tarif - elektrik şəbəkəsinə verilən elektrik enerjisinin hər kilovat-saatı üçün dəstək mexanizmi çərçivəsində bərpa olunan enerji 3 mənbələrinin əraziləri üzrə hərrac və ya birbaşa cəlbetmə yolu ilə müəyyənləşdirilmiş istehsalçılara münasibətdə müəyyən edilən tarif.”;
1.3-cü bəndin beşinci abzası çıxarılsın;
aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:
“1.7. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası, habelə bərpa olunan enerji mənbələrinin ərazisində hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçilmiş elektrik enerjisi istehsalçısı ilə bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.”;
2.1-ci bəndin ikinci cümləsindən “alternativ və”, “və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmış” sözləri çıxarılsın;
2.5. aşağıdakı məzmunda 12.5-1-ci bənd əlavə edilsin:
“12.5-1. Zəmanətli tariflər “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə uyğun olaraq müəyyən edilir.”
https://nk.gov.az/az/document/5667/