"Enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsi əsas prioritetlərdəndir". Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.
Onun sözlərinə görə, “Masdar” şirkətinin icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşümüzdə külək və günəş enerjisi, bərk məişət tullantılarının yandırılması, “yaşıl” hidrogen istehsalı və digər mövzularda əməkdaşlıq məsələlərini müzakirə etdik.