Azərbaycanda EU4Environment layihəsi çərçivəsində keçiriləcək sənaye tullantılarının xəritələnməsi üzrə ilkin əlaqələndirmə iclasına maraqlı tərəflər dəvət edilir. Tədbir 16 noyabr 2021-ci il tarixində saat 15:00-da (Bakı vaxtılə) (12:00 CET) Zoom platforması vasitəsilə onlayn keçiriləcək.
Bu tədbirin məqsədi Azərbaycanda “EU4Environment” layihəsinin “Dairəvi iqtisadiyyat və yeni inkişaf imkanları” komponenti haqqında iştirakçılar və əsas maraqlı tərəflər arasında məlumatlılığın artırılması və onun faydalarının nümayiş etdirilməsi; Azərbaycanda dairəvi iqtisadiyyatla bağlı yeni imkanların müzakirə edilməsi (sənaye tullantılarının xəritələnməsi tullantıların idarə olunmasının təkmilləşdirilməsi vasitəsi kimi); pilot rayonların və müəssisələrin seçilməsi ilə bağlı hesabatın nəticələrinin təqdim edilməsi və; sənaye tullantılarının xəritələnməsi fəaliyyətlərinin metodologiyasının və iş planının təqdim edilməsidir.
Qeydiyyat linki (qeydiyyatdan keçmək üçün klikləyin):
https://zoom.us/meeting/register/tJ0tde6gpzssE9WvMcyoE8PHGOakFaLB9N0g
Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, altı Şərq Tərəfdaşlığı ölkəsinə - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna - təbiət kapitalının qorunub saxlanılması və daha yaxşı istifadə olunmasına, insanların ekoloji rifahınının artırılmasına və iqtisadi inkişafın stimullaşdırılmasına kömək edən regional “EU4Environment” layihəsinin bir hissəsi kimi təşkil edilir. Layihə beş beynəlxalq tərəfdaş tərəfindən həyata keçirilir: İƏİT (OECD), BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və Dünya Bankı (World Bank)
Tədbirlə bağlı hər hansı əlavə məlumatı sizə təqdim etməyə və suallarınıza cavab verməyə hazırıq. Hər hansı sualınız yaranan zaman cənab Yaşar Kərimov ilə əlaqə saxlanmağınızı xahiş edirik.
(e-mail: yashaoper@gmail.com; telefon: +994554553544).