Avstriyanın “Voith Hydro” şirkəti Azərbaycanda yeni su elektrik stansiyası (SES) tikmək istəyir.
“Report”un məlumatına görə, bunu şirkətin regional satış meneceri Fatih Haskiliç bildirib.
O, bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə Bakıda keçirilən Azərbaycan və Avstriya sahibkarlarının B2B görüşündə danışıb.
“Bizim bu sahədə böyük təcrübəmiz var. Türkiyə, Gürcüstan və İranda SES-lər tikmişik. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də SES tikirik. Paralel olaraq yeni SES-lərin inşası üçün danışıqlar aparırıq. Müzakirələrin yekununda yeni stansiyaların yeri və gücü məlum olacaq”, - deyə F.Haskiliç qeyd edib.
https://report.az/energetika/avstriya-sirketi-azerbaycanda-ses-tikintisini-genislendirmek-isteyir/