XƏBƏRLƏR

Azərbaycanda sənaye müəssisələri və ekspertlər üçün Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) üzrə tanışlıq seminarı

DEKABR 09, 2021

Seminarın məqsədləri, gözlənilən aralıq və yekun nəticələr. 
RSDTİ seminarının məqsədi RSDTİ-nin Azərbaycanda daha geniş tətbiqini təmin etməklə ölkə daxilində xidmət təchizatçıları bazarının yetərli yerli imkan və bacarıqlarla birlikdə inkişaf etməsinə töhfə verməkdir. Bu seminar RSDTİ metodologiyasının iştirakçı şirkətlərə, RSDTİ Klublarının üzvlərinə, eləcə də enerji və ətraf mühit mütəxəssislərinə tətbiqi üzrə praktiki təcrübə və qabaqcıl təlimlərə girişi təmin edir.

Konkret olaraq seminar iştirakçıları RSDTİ layihələri üçün həm interaktiv RSDTİ təliminin bir hissəsi kimi, həm də gələcəkdə yeni layihələr üçün praktiki müəssisədaxili qiymətləndirmə hesabatlarının hazırlanma metodologiyası ilə tanış edəcəkdir. İştirakçılar aşağıdakılarla tanış olacaqlar: 
• RSDTİ nədir
• İstehsalat proseslərinin səmərəliliyini necə qiymətləndirməli və imkan sahələrini necə müəyyənləşdirməli
• Enerji səmərəliliyi, su və material ehtiyatlarının idarə olunmasında üstün RSDTİ təcrübələri
• RSDTİ təlimi və RSDTİ Klubları və bunlar necə təşkil ediləcəkdir. 

Nəticədə iştirakçılar RSDTİ metodologiyasının prinsiplərini və onun istehsalçı müəssisələr üçün faydalarını başa düşə biləcəklər. RSDTİ-nin davam etdirilərək uzunmüddətli nəticələrin əldə edilməsi üçün yerli səriştə və bacarıqların inkişafı mühüm vasitələrdən biridir.

Seminarın mühüm komponentlərindən biri RSDTİ təlim proqramının təqdimatıdır – bu proqram seçilmiş dinləyicilərə təlim verilməsinə və onların müxtəlif alətlərlə (təqdimatlar, şablonlar, iş vərəqləri və s.) tanışlığına imkan yaradacaq planlardan ibarətdir. Təlim proqramının məqsədi RSDTİ qiymətləndirmələrinin dinləyicilər tərəfindən müstəqil həyata keçirilməsi üçün onları zəruri bilik və bacarıqlarla təmin etməkdir.

Praktiki məlumat.
Bu seminar üçün öncədən qeydiyyatdan keçin:
https://zoom.us/meeting/register/tJwpf-yvrj0rH9KpIbzmxOEw9sf-mzZy29EU
Qeydiyyatdan keçdikdən sonra seminara qoşulmaq barədə məlumatı özündə əks etdirən təsdiq məktubu alacaqsınız.
 

İştirakçılar.
Seçilmiş iştirakçılar ətraf mühitin idarə edilməsi, mühəndislik (kimya, sənaye, ətraf mühit və ya əlaqəli sahələr) sahəsində RSDTİ metodologiyası və onun tətbiqi ilə bağlı təlim keçməyə qərar verən mütəxəssislərdən, eləcə də RSDTİ qiymətləndirməsindən keçmək üçün seçilmiş RSDTİ tədbirlərinin nəticələrinin nümayiş ediləcəyi şirkətlərin nümayəndələrindən, habelə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Environment” layihəsi çərçivəsində Azərbaycanın iki hədəf regionunu təmsil edən iki RSDTİ Klubunun üzvlərindən ibarət olacaqdır. “EaP GREEN programme” (2013-2017) çərçivəsində RSDTİ tədbirlərinin həyata keçirilməsində iştirak etmiş müəssisələr və ekspertlər də tədbirə dəvət olunmuşdur. İştirakçıların ilkin sayı təxminən 50 nəfərdir. Seminar başa çatdıqdan sonra onun video yazısı daha geniş auditoriya üçün təlim videosu kimi təqdim olunacaqdır. 

Ümumi məlumat.
Hazırda müəssisələrin istehsal və ekoloji fəaliyyətinin yaxşılaşdırılması üçün ən mühüm yanaşmalardan biri RSDTİ tətbiqidir. Bu yanaşma israfçılığın qarşısını almaq, ətraf mühitə çirkləndiricilərin emissiyasını və atqılarını azaltmaq və tullantıların yaranmasını ixtisar etmək üçün resurslara, enerjiyə və materiallara qənaət potensialının davamlı şəkildə qiymətləndirilməsinə əsaslanır ki, bu da hər şeydən əvvəl müəssisənin iqtisadi xərclərinin azaldılmasına töhfə verir. RSDTİ istehsalın səmərəliliyi, ətraf mühitin idarə edilməsi və insan inkişafı kimi üçlü məqsədə nail olmaq baxımdan profilaktik ətraf mühit strategiyalarının tətbiqi üçün çətir anlayışı kimi istifadə olunur. RSDTİ proqramı ölkə daxilində lazımi bacarıqlar qurur, sənaye və hökumət arasında dialoqu təşviq edir və ekoloji cəhətdən sağlam texnologiyaların ötürülməsi və adaptasiyası üçün investisiyalara kömək edir. Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) RSDTİ metodologiyasını hazırlamış və bu metodologiya müəssisələrin mütəxəssisləri və ətraf mühitin idarə edilməsi sahəsində çalışan ekspertlər tərəfindən bütün növ resurslar üzrə itkilərin mənbələrini təyin etmək, belə itkilərin əsas səbəblərini müəyyən etmək və müəyyən edilmiş itkilərin azaldılmasına və ya tamamilə aradan qaldırılmasına yönəlmiş tədbirlər hazırlamaq və qiymətləndirmək üçün istifadə oluna bilər.

RSDTİ üzrə bacarıqların qurulması fəaliyyətləri. 
RSDTİ təliminin məqsədi

RSDTİ metodologiyasının prinsipləri haqqında dinləyicilərdə bilik və təsəvvür yaratmaqdır. O, Azərbaycandakı mütəxəssislər arasında RSDTİ bacarıqlarını inkişaf etdirəcək və seçilmiş istehsalçı şirkətlərdə onun üstünlüklərini nümayiş etdirəcək bir sıra tədris sessiyaları və təlim fəaliyyətlərindən ibarətdir. Dinləyicilər, xüsusilə aşağıdakıları öyrənəcəklər:
• RSDTİ nədir 
• İstehsalat proseslərinin səmərəliliyini necə qiymətləndirməli və imkan sahələrini necə müəyyənləşdirməli
• Enerji səmərəliliyi, su və material ehtiyatlarının idarə olunmasında üstün RSDTİ təcrübələri
• RSDTİ layihəsinin hazırlanması
• Biznes planlama və RSDTİ-nin maliyyələşdirilməsi

RSDTİ Klubları kiçik və orta ölçülü müəssisələri (KOM) bir araya toplayır və onları intensiv təlim və tədris proqramı ilə müşayiət edərək yekunda Klubların fəaliyyətinin tamamlanmasından sonra fərdiləşdirilmiş RSDTİ fəaliyyət planının hazırlanmasına töhfə verir. Belə müəssisələr üçün RSDTİ metodologiyası modulları üzrə təlim dörd-altı ay müddətində aparılır. Klubun təlim modulları aşağıdakı tematik istiqamətlər üzrə təşkil olunur: biznesin ekoloji profili, enerji, su və tullantı suları, materiallar və tullantılar, kimyəvi maddələr və kimyəvi tullantılar. Daha sonra RSDTİ ekspertlərinin dəstəyi ilə KOM-lar tərəfindən RSDTİ Fəaliyyət Planı hazırlanır. Müəyyən edilmiş tədbirlər Klubun üzvü olan şirkətlərə enerjiyə, suya və materiallara qənaət etməsinə, onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini azaltmasına, öz mənfəətini artırmasına, Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinə riayət olunmasını təkmilləşdirməsinə və daha təmiz texnologiyalarda sərmayə qoymaq məqsədilə maliyyə resurslarına çıxışı əldə etməsinə dəstək verəcəkdir. 
Təlimi və RSDTİ Klublarının proqramlarını tamamladıqdan sonra hər bir dinləyici, RSDTİ tədbirlərinin nəticələri nümayiş olunacaq şirkət və RSDTİ Klub üzvü Azərbaycanda EU4Environment Layihəsi çərçivəsində "Dövri İqtisadiyyat və Yeni İnkişaf Fürsətləri" komponentində iştirakını və töhfələrini təsdiq edən sertifikatla təltif olunur.

EU4Environment haqqında
EU4Environment layihəsi altı tərəfdaş ölkəyə (ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) ekoloji fəaliyyətləri dəstəkləməklə, yaşıl inkişaf imkanlarını nümayiş etdirməklə və rəvac verməklə, ekoloji risk və təsirlərin daha yaxşı idarə olunması üçün mexanizmləri müəyyənləşdirməklə altı tərəfdaş ölkənin təbii sərvətlərini qorumağa və əhalinin rifahını yaxşılaşdırmağa kömək etmək məqsədilə həyata keçirilir. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir (büdcəsi 20 milyon avro) və beş tərəfdaş təşkilatla birgə icra olunur: İƏİT, UNECE, UNEP, UNIDO və Dünya Bankı. EU4Environment layihəsi haqqında daha ətraflı məlumat üçün bu səhifəyə daxil olun: www.eu4environment.org. Azərbaycanda RSDTİ fəaliyyətləri haqqında ətraflı məlumat üçün bu səhifəyə daxil olun: https://RSDTİaz.wordpress.com/