Avropa Komissiyası ilin sonunadək nüvə enerjisini və təbii qazı ekoloji təmiz enerji mənbəyi kimi tanıyacaq.
“Report” xəbər verir ki, bunu Çex Respublikasının Baş naziri əvəzi Andrey Babiş hökumətin fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.
“Səhər bu gün saat 3-də Avropa İttifaqı Şurasının iclasından qayıtmışam. Avropa Komissiyasının sədri ilin sonunadək nüvə enerjisinin və təbii qazın az emisiyaya malik enerji mənbəyi olduğunu təsdiqləyən sənəd qəbul edəcəklərini dedi”, – o diqqətə çatdırıb.
https://report.az/energetika/avropada-nuve-enerjisi-ve-tebii-qaz-ekoloji-temiz-enerji-sayilacaq/