Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində “Tənzimləmələr” İşçi Qrupunun iclası keçirilib.
İclasda hər iki ölkənin enerjisisteminin inkişaf tarixi və mövcud elektrik enerjisi bazarları haqqında məlumat verilib, tənzimləyicilərin fəaliyyəti, həmçinin elektrik enerjisi istehsalı sahəsinə özəl investisiyaların cəlbi yolu ilə bazarın liberallaşdırılması sahəsində atılması zəruri olan ilkin tədbirlər üzrə Türkiyə təcrübəsi nəzərdən keçirilib, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
https://report.az/energetika/azerbaycan-ve-turkiye-enerji-tenzimlemesi-uzre-emekdasligi-muzakire-edib/