Qazaxıstan atom elektrik stansiyasının (AES) tikintisi üçün hazırlıqlara başlayıb. Bu barədə Qazaxıstanın energetika naziri Maqzum Mirzəqaliyev bildirib.
Onun sözlərinə görə, əhalini və iqtisadiyyatı elektrik enerjisi ilə təmin etmək üçün AES-in tikintisi vacibdir.
Nazir qeyd edib ki, bu il Qazaxıstanda elektrik enerjisi qıtlığı yaranıb, bununla əlaqədar ölkə plansız şəkildə Rusiyadan elektrik enerjisi idxal etmək məcburiyyətində qalıb.
“Biz 2035-ci ilə qədər elektrik enerjisinin istehlak və istehsal balansını hesablamışıq və bu məqsədlə atom elektrik stansiyasının tikintisinə ehtiyac olduğunu aydın şəkildə görürük”, - Mirzəqaliyev vurğulayıb.
Nazir əlavə edib ki, AES-in tikintisi orta hesabla 10 ilə qədər çəkə bilər.
https://report.az/diger-olkeler/qazaxistan-atom-elektrik-stansiyasinin-tikintisi-ucun-hazirliqlara-baslayib/