XƏBƏRLƏR

Külək enerjisi layihəsinin ətraf mühitə təsirinə dair müzakirələr başlayıb

YANVAR 08, 2022

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin Xızı və Abşeron rayonlarında 240 MVt-lıq Külək Enerjisi Layihəsinin Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin müzakirəsi başlayıb və 4 gün davam edəcək müzakirələin ilk günü Xızı rayonunun Sitalçay kəndində baş tutub.

"ACWA Power"in Azərbaycan üzrə nümayəndəsi Cavid Əlifli deyib ki, təmsil etdiyi şirkət artıq həmin layihənin ətraf mühitə təsirini araşdırıb və bu prosesdə bir sıra beynəlxalq təşkilatlar da iştirak edib.

Ümumi gücü 240 MVt olan bu layihə Sitalçayda və Abşeron rayonunun Pirəkeşkül kəndində reallaşdırılacaq. "ACWA Power"in Azərbaycandakı tərəfdaşı "Ecoenergy" şirkətinin nümayəndəsi Ceyhun Sultanov bildirib ki, "Xızı-3 Külək Parkı"nın gücü 162,5 MVt, Pirəkeşküldəki layihənin gücü isə 78 MVt olacaq.

"Xızı 3" layihəsi üzrə gücü 6,5 MVt olan 25 ədəd külək turbinləri quraşdırılacaq. Pirəkeşküldə isə eyni gücdə 12 ədəd turbin yerləşdiriləcək. Turbinlərin hündürlüyü 100-110 metr olacaq", - deyə o, qeyd edib.

https://report.az/energetika/kulek-enerjisi-layihesinin-etraf-muhite-tesirine-dair-muzakireler-baslayib/