LAYİHƏLƏR

ENERJİ SEKTORUNDA MALİYYƏ BƏRPA PLANININ HAZIRLANMASI /AİB

Layihə müddəti
02/2017 – 03/2019

Maliyyə mənbəyi
Asiya İnkişaf Bankı

Sifarişçi/Benefisiar:
Maliyyə Nazirliyi

Layihənin təsviri
Strategiya və Məsləhətçilik üzrə Texniki Yardım (PATA) Hökumətə maliyyə sağlamlaşdırma planının hazırlanmasında, habelə xərclərin qarşılanması tarifinin təyin edilməsində və tarif strukturunun optimallaşdırılmasında dəstək məqsədi daşıyır ki, bu da öz növbəsində Hökumətə enerji sektorunda kommunal müəssisələrin müstəqil və səmərəli işi istiqamətində maliyyə ehtiyaclarını qarşılamağa kömək edəcəkdir.

PATA çərçivəsində əldə olunacaq nəticələrə (i) elektrik enerjisi istehsalı, ötürülməsi və paylanmasında real xərclərin müəyyənləşdirilməsi; (ii) bütün istehlakçılar üçün hazırkı vahid tarifin dəyişdirilməsi və bununla da istehlakçı sinifləri arasında çarpaz subsidiyalaşdırmaya imkan yaradılması məqsədilə elektrik enerjisi (istilik istehsalı üzrə karbonun qiyməti daxil olmaqla) istehsalı, ötürülməsi, habelə müxtəlif istehlakçı və müxtəlif mövcud, habelə inkişafı nəzərdə tutulan enerji mənbələri (hidro, günəş, su, qaz) üzrə dəyişən tariflərlə paylanması ilə bağlı xərclərin tam qaytarılması yönümlü qiymətləndirmə metodologiya və strategiyalarının hazırlanması, yeni tarif strukturunun qurulması; (iii) 2022-ci ilədək xərclərin tam qarşılanmasına nail olmaq məqsədilə tariflərin tədricən artırılması yönümlü yol xəritəsi də daxil olmaqla maliyyə sağlamlaşdırma planının işlənib hazırlanması; və (iv) digər ölkələrdə tarif islahatları, qabaqcıl təcrübələrə dair konkret tədqiqatlarla bağlı ictimai maarifləndirmə kampaniyası və institusional gücləndirmə.

Göstərilən xidmətlər:

Tərəfdaşlar
“Corporate Solutions”, Birləşmiş Krallıq