ENERJİ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA DƏSTƏK
Layihə müddəti
02/2016 - 02/2017
Maliyyə mənbəyi
Qlobal İqlim Tərəfdaşlığı Fondu, SICAV-SIF – maliyyələşdirilmiş layihə
Sifarişçi/Benefisiar:
TuranBank
Layihənin təsviri
Layihənin ümumi məqsədi:
- Qlobal İqlim Tərəfdaşlığı Fondunun (QİTF) maliyyələşmə xəttini kreditləşdirməsi üçün bankın hazırlanması və imkan yaradılması
- Bankın öz mövqeyini tutması və icra prosesində istiqamətləndirilməsi üçün dayanıqlı yaşıl maliyyələşdirmə strategiyasının işlənib hazırlanması
- İnnovativ və fərdi enerji səmərəliliyi (ES)/bərpa olunan enerji (BOE) məhsullarının hazırlanması və tətbiqinə, habelə sonda QİTF maliyyələşdirmə xətti üçün kanalın yaradılmasına dəstək
- Bank əməkdaşlarına ES/BOE kreditləşmə imkanlarını, bazar məhsullarını müəyyən etmək, yararlılığı qiymətləndirmək və onların QİTF sub-layihələri kimi məruzə edilməsi üçün zəruri məlumatları toplamaq istiqamətində təlim keçirilməsi
Göstərilən xidmətlər
Banka və İnvestisiya Menecerinə aşağıdakı məhsullar təqdim ediləcəkdir (ingiliscə):
- Bazar potensialının təhlili ilə bağlı nəticələrin ümumiləşdirildiyi qısa slayd toplusu (5-10 slayd)
- Nümunəvi enerji auditlərinin nəticələrinə dair hesabat
- ES kreditləşmə strategiyası
- İcra planı (yuxarıda qeyd edildiyi kimi)
- Təlim və marketinq materialı
Tərəfdaşlar
GFA Consulting Group GMBH, Almaniya